Ana SəhifəLayihə haqqındaArxivimiz

son yenilənmə 06/09/2010 , 12:21


QUBADAKI PRİTONA KİM RƏHBƏRLİK EDİR?

QUBADAKI PRİTONA KİM RƏHBƏRLİK EDİR?23/07/2010 , 17:20
Gözdən – Könüldən uzaq bir məkanda əslində rayonun tin göbəyində yerləşən fahişəxanadan bəhs edirik.
Burada o qədər əxlaqsız qadın var ki, hansının hansı dozada xəstəlik daşıyıcısı olduğunu müəyyən etmək olduqca çətindir. Halal arvadlarının gözündən sayrılıb bu fahişəxanadakı qadınlarla cinsi əlaqəyə girən kişilərin heç özləri də ayırd edə bilmirlər ki, başlarına sabah hansı bədbəxt hadisə gələcək.
Hələlik bu çirkin yuva öz fəaliyyətin günbə-gün artırır və buraya təşrif buyuranların da sayı günbəgün artır. Say artırsa deməli virus daşıyıcıların sayı çoxalır. Görəsən aidiyytı orqanlar bu məsələ azda olsa düşündürür? Indi görək bəhs etdiyimiz fahişəxananın kim idarə edir? Bu priton yuvasının rəhbərliyi o qədər əndazədən çıxıb ki, qapısına gələni hətta polislə hədələyir. Deyir ki, əlinizdən nə gəlir onu da eleyin. Bu da bizim işimizdir. Necə yəni? Məgər insan bədəninin satışını təşkil etmək və bu çirkin işdən mənfəət götürmək doğrubir addımdırmı? Yoxsa adını çəkdiyimiz rayonda bu hünər sayılır.
Məlum oldu ki, bəhs etdiyimiz priton yuvasına rəhbərliyi rəisin sürücüsü Vidadi adlı şəxs edir. Maraqlıdır sürücü fahişəxana işlədir... doğurdanda düşündürücüdür.. Hə, bu xəbəri bizə o priton yuvasında fəaliyyət göstərən Ülkər adlı bir qadın dedi. Həm də dedi ki, o, burada heç kimdən qorxmur. Hətta o, bizi polislə hədələdi də.
Eləcə də, “Ramin” adlı kafedə də vəziyyət o qədər ürəy açan deyil. Buranın başabəla şefi Sevinc adlı xanımın da özündən razı olduğunu aşkar etdik. O da dedi ki, heç kimdən qorxmur. O, həm də bir şeyi etiraf etdi ki, heç bir qadın buraya zor gücünə gətirilmir. Onlar öz xoşları ilə və razılığı ilə buraya təşrif buyururlar. Bəli buradakı biabırçılığı görəndən sonra “Fillər bizim dostumuzdur” haqq qazanırıq. Bir-iki dəqiqəlik həzzin xumarında böyük bir xəstəliyə düçar olma təhlükəsi ilə üz-üzə duranlara isə sadəcə yazzığımız gəlir. Onlarda düşüncə olsa idi...
Ancaq bufahişəxananı idarə edən hətta onun fəaliyyətini günbəgün genişləndirən şəxsə isə əsla yazığımız gəlmir. Yaxşı olar ki, o papağını qarşısına qoyub əməlli – başlı fikirləşsin sonra gec olar. Rayonun bir sıra əlaqədar təşkilatlarına üz tutub priton yuvasının fəaliyyəti ilə bağlı fikirlərimizi bildirsək də təssüflər olsun ki, onlar da – bu fahişəxananın yiyəsinə, belə deyək, rəhbərinə gücümüz çatmır – dedilər.
Hələ bir görün, burada kı, fahişələr nə deyirlər.. Deyirlər ki, bədən bizimdir, nə işlə məşğul olduğumuzu da özümüz bilərik... Belə asan qazanc yolunu biz hardantaparıq? Şabran-Quba yolunun üstündə fəaliyyət göstərən fahişəxanalarda 20 qadın “çalışır”. Indi təssəvvür edin ki, bu nə deməkdir? Yaxud görəsən rayonun aidiyyatı təşkilatları belə bir “işə” insafən necə rəvac verirlər? Pritonlarda işləyən qadınlar isə qonşu rayonlardan gətirilib.
Xatırladaq ki Fahişəxanalarda işləyən qızlar Əsasən Gəncə və aran rayonlarından gəliblər və yerli qız işləmir.
Emin Kərimov

LƏNKƏRANDA İNTİHAR HADİSƏSİ

Lənkəran şəhərində intihar hadisəsi baş verib.

QUBANIN İSPİK KƏND ORTA MƏKTƏBİ DƏRS İLİNƏ HAZIR DEYİL

Yeni dərs ilinin başlamasına az qalsa da Neman Dadaşov adına Quba rayonu İspik kənd orta məktəbi yeni dərs ilinə heç cür hazır deyil.