06/09,12:18 - YARDIMLIDA DƏHŞƏTLİ QƏTL HADİSƏSİ
03/09,18:07 - MÜSAVAT PARTİYASI NAXÇIVANIN ALİ MƏCLİSİNƏ SEÇKİLƏ...
03/09,18:04 - LƏNKƏRANDAKI ATIŞMANIN TƏFƏRRÜATLARI BARƏDƏ YENİ ...
03/09,18:01 - GƏNCƏDƏ NARKOMANİYAYA QARŞI MÜBARİZƏ İLƏ BAĞLI TƏT...
ŞİMAL BÖIGƏSİNDƏ 62 NƏFƏR HİV-lə YAŞAYİR, ONLARDAN 15-i QADINDIR
23/07/2010 , 17:16
Azərbaycanın şimal bölgəsində HİV-ə yoluxanların sayı artıb.
Hazırda regionda 62 nəfər HİV-lə yaşayır. Onlardan 15-i qadındır. Qazanılmış immun çatışmazlığından əziyyət çəkənlərin 26-sı Xaçmaz sakinidir.
Quba regional HİV diaqnostikası laboratoriyasından verilən məlumata görə, Xaçmazda bu virusun daşıyıcıları 2008-ci ildə 17 nəfər, 2009-cu ildə 24 nəfər olub. Xaçmazdan sonra regiondan virus daşıyıcılarının sayına görə Quba 2-ci yerdədir. Rayonda 14 nəfər bu virusa yoluxub. 2008-ci ildə bu göstərici 12, 2009-cu ildə isə 13 nəfər olub.
Qusar rayonunda 5, Şabran rayonunda 6, Siyəzən rayonunda isə 11 nəfər HİV-in daşıyıcısıdır.
Ümumilikdə QİÇS-lə mübarizə mərkəzinin 2009-cu ildə açıqladığı məlumata görə, Azərbaycanda 2264 nəfər qazanılmış immun çatışmazlığı, 450 nəfər isə qazanılmış immun sindromunun daşıyıcısıdır.
Respublika üzrə 283 nəfər bu virusun qurbanı olub.
Emin Kərimov
Reklam
LƏNKƏRANDA İNTİHAR HADİSƏSİ
Lənkəran şəhərində intihar hadisəsi baş verib.
QUBANIN İSPİK KƏND ORTA MƏKTƏBİ DƏRS İLİNƏ HAZIR DEYİL
Yeni dərs ilinin başlamasına az qalsa da Neman Dadaşov adına Quba rayonu İspik kənd orta məktəbi yeni dərs ilinə heç cür hazır deyil.