06/09,12:18 - YARDIMLIDA DƏHŞƏTLİ QƏTL HADİSƏSİ
03/09,18:07 - MÜSAVAT PARTİYASI NAXÇIVANIN ALİ MƏCLİSİNƏ SEÇKİLƏ...
03/09,18:04 - LƏNKƏRANDAKI ATIŞMANIN TƏFƏRRÜATLARI BARƏDƏ YENİ ...
03/09,18:01 - GƏNCƏDƏ NARKOMANİYAYA QARŞI MÜBARİZƏ İLƏ BAĞLI TƏT...
YAXIN BİR NEÇƏ AY ƏRZİNDƏ EVLƏRİN QİYMƏTİNDƏ AZALMA MÜŞAHIDƏ EDİLƏCƏK
23/07/2010 , 12:59
Ekspertlərin fikrincə, yaxın bir neçə ay ərzində evlərin qiymətində azalma müşahidə ediləcək.
Ekspertlər bildirir ki, bazarda tələbin azalması və üstəlik də yay aylarında bir qayda olaraq daşınmaz əmlak bazarında aktivliyin aşağı düşməsi qiymətləri ucuzlaşdıran amillərdir.
Müstəqil ekspert Ibrahim Musayev deyir ki, daşınmaz əmlak bazarında qiymətlərin düşməsinə təsir edən səbəblər çoxdur. Onun sözlərinə görə, ölkədən kənarda yaşayan, xüsusən də Rusiyada işləyən soydaşlarımızın pul köçürmələrini azaltması, əhaliyə verilən kreditlərin həcminin azalması, qlobal maliyyə böhranı nəticəsində ölkəyə kapital axınının azalması ev bazarına mənfi təsir göstərib. Üstəgəl yay fəslində bir qayda olaraq, daşınmaz əmlak bazarında aktivlik aşağı düşür. İbrahimov hesab edir ki, böhrandan əvvəl bazarda qiymətlərin qeyri-normal templə artması nəticəsində qiymətlərin korreksiyası gözlənilən idi. Belə ki, tikinti nəticəsində ölkədə tələb və təklif arasında balans pozulub.
“Əvvəllər bir təklifə qarşı 3-3.2 tələb vardısa 2007-ci ildən başlayaraq -2010-cu ilədək bazarda tələbə nisbətən təklif dəfələrlə artdı. Nəticədə artıq indi bir tələbə 6-7 təklif irəli sürülür ki, bu da bazarda durğunluğa səbəb olur. Tikinti şirkətləri müxtəlif üsullarla mənzilləri satmağa çalışır. Qiymətləri ucuzlaşdırır, satış şərtlərini sadələşdirir bu da təbii ki, daşınmaz əmlak bazarının digər seqmentlərinə təsir edir”- İbrahim Musayev.
Ekspert deyir ki, ilkin və təkrar bazarda evlərin qiyməti pik həddindən bəri orta hesabla 35% aşağı düşüb. Onun sözlərinə görə, zonalar üzrə ucuzlaşma qeyri-bərabər olub. Məsələn, ilkin bazarda ən az ucuzlaşma şəhər mərkəzlərində və aktiv ərazilərdə müşahidə edilib. Müstəqil ekspert İbrahim Musayev:
“Qiymətlərin azalması o vaxta qədər davam edəcək ki, daşınmaz əmlakın gəlirliyi ilə onun satış qiyməti arasında pozulmuş dizbalans bərpa olunsun. Bu dizbalansın bərpası üçün 18-20% fərq var, yəni qiymətlər düşə bilər. Ya daşınmaz əmlakın gəlirlilik səviyyəsi artmalıdır. Ya da qiymətlər aşağı düşməlidir ki, aktivlik bərpa olunsun. O zaman biz əks prosesi müşahidə edəcəyik”.
Mütəxəssisə görə qiymətlərin sabitləşməsi ilin sonlarında baş verəcək. Onun sözlərinə görə, bu vəziyyət yaxın bir neçə ayda davam edəcək. Ekspert deyir ki, daşınmaz əmlak bazarında qiymətlərin bərpası üçün iki şərtin olması vacibdir:I qtisadi aktivliyin yaxşılaşması və daşınmaz əmlak bazarına nikbin əhval-ruhiyyənin qayıtması. Ancaq avqust ayının sonuna kimi bu iki amilin baş verməsi ehtimalı çox aşağıdır. Bu baxımdan avqusta qədər qiymətlər az da olsa düşməkdə davam edəcək. Sentyabrda isə bazarda qiymətlərin sabitləşməsini müşahidə etmək olacaq. Qiymətlərin artması yalnız gələn ilin ortalarından başlaya bilər.
Gəncə
Reklam
LƏNKƏRANDA İNTİHAR HADİSƏSİ
Lənkəran şəhərində intihar hadisəsi baş verib.
QUBANIN İSPİK KƏND ORTA MƏKTƏBİ DƏRS İLİNƏ HAZIR DEYİL
Yeni dərs ilinin başlamasına az qalsa da Neman Dadaşov adına Quba rayonu İspik kənd orta məktəbi yeni dərs ilinə heç cür hazır deyil.