06/09,12:18 - YARDIMLIDA DƏHŞƏTLİ QƏTL HADİSƏSİ
03/09,18:07 - MÜSAVAT PARTİYASI NAXÇIVANIN ALİ MƏCLİSİNƏ SEÇKİLƏ...
03/09,18:04 - LƏNKƏRANDAKI ATIŞMANIN TƏFƏRRÜATLARI BARƏDƏ YENİ ...
03/09,18:01 - GƏNCƏDƏ NARKOMANİYAYA QARŞI MÜBARİZƏ İLƏ BAĞLI TƏT...
ƏCNƏBİ TURİSTLƏR İSTİRAHƏT ÜÇÜN LƏNKƏRANI SEÇİRLƏR
23/07/2010 , 12:02
Bu il Lənkərana dincəlməyə gələn turistlərin sayı 7000 nəfərdən artıq olub.
Onların arasında əcnəbilər üstünlük təşkil edib. Artım, xüsusən, ABŞ, Rusiya, MDB dövlətləri, İran və bir sıra Avropa ölkələrindən gələn turistlərin sayında qeydə alınıb.
Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vasif Fərzullayevin bildirdiyinə görə, Lənkəranda 10 turizm-istirahət mərkəzi və Haftoni qəsəbəsində “İsti su” pansionatı fəaliyyət göstərir. İstirahət mərkəzlərində dincələnlərə yüksək xidmətlə yanaşı, Lənkəran mətbəxinin dadlı təamları təqdim olunur. Burada təkcə düyüdən 21 növ xörək hazırlanır. Ənənəvi xörək növləri - balıq və cücə ləvəngiləri turistləri daha çox cəlb edən yeməklər hesab olunur.
İdarə müdiri bildirib ki, istirahət üçün Lənkəranı seçən qonaqlar Mir Əhməd xanın evi olan Tarix-diyarşünaslıq muzeyi, Dairəvi qala, Mayak, Bəlləbur qalası və Şeyx Zahid türbəsi ilə yanaşı digər tarix və mədəniyyət abidələrinə ekskursiya edə bilərlər. Bundan başqa turistlər relikt və endemik bitki örtüyü ilə zəngin olan “Hirkan” Milli Parkına, digər qoruqlara, əzəmətli dağlara baş çəkmək imkanı qazanacaqlar.
NİZAMİ HÜSEYNOV
Reklam
LƏNKƏRANDA İNTİHAR HADİSƏSİ
Lənkəran şəhərində intihar hadisəsi baş verib.
QUBANIN İSPİK KƏND ORTA MƏKTƏBİ DƏRS İLİNƏ HAZIR DEYİL
Yeni dərs ilinin başlamasına az qalsa da Neman Dadaşov adına Quba rayonu İspik kənd orta məktəbi yeni dərs ilinə heç cür hazır deyil.