Ana SəhifəLayihə haqqındaArxivimiz

son yenilənmə 06/09/2010 , 12:21


NAXÇIVANDA TARİXİ ABİDƏNİN YENİ ÜSLUBLA TƏMİRİ ABİDƏNİN TARİXLİYİNİ İTİRİR

NAXÇIVANDA TARİXİ ABİDƏNİN YENİ ÜSLUBLA TƏMİRİ ABİDƏNİN TARİXLİYİNİ İTİRİR23/07/2010 , 11:57
Naxçıvan şəhərinin mərkəzində Mömünə Xatun türbəsinin yaxınlığında yerləşən, XVIII əsrə aid Xan Sarayı müsir üslubda təmir olunur, üzü daş örtüklə üzlənir.
Naxçıvan şəhərinin mərkəzində Mömünə Xatun türbəsinin yaxınlığında yerləşən, XVIII əsrə aid Xan Sarayı müsir üslubda təmir olunur, üzü daş örtüklə üzlənir. Bu səbəbdən abidənin tarixiliyi itir. Bu işdə səlahiyyətli qrumlar isə susur.

Qeyd edək ki, 2006-2007-ci illərdə aparılan tədqiqatlar nəticəsində Naxçıvan Muxtar Respublikası ərazisində 1162 abidə qeydə alınıb. Bunlardan 788-i ilk dəfə aşkar olunub. Qeydə alınan abidələrdən 600-ə yaxını dünya və ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələridir.

Həmin abidələrin bir çoxu son bir neçə ildə təmir olunub, bəzi dağılmaq üzrə olan abidələr isə bərpa edilib, bəzilərinin isə bərpa olunması davam etdirilir. Həmçinin Naxçıvan ərazisindəki tarixi abidələrin öyrənilməsi məqsədi ilə Azərbaycan Milli Elimlər Akademiyası Naxçıvan bölməsi Amerika Birləşmiş Ştatlarının Pensilvaniya Universitetinin əməkdaşları ilə birgə 2008-ci ildə Naxçıvan Arxeoloji proyekti əsasında Naxçıvanda Dəmir dövrü ərzində iqtisadi, siyasi imperalizm və onun yerli cəmiyyətlərə təsirini tədqiq ediblər. Şərur rayonunda Oğlanqala və Ovçular yaşayış massivlərində və digər yerlərdə eramızdan əvvəl birinci minilliyə və orta əsrlərə aid bir sıra maddi mədəniyyət nümunələri aşkarlanıb.

Elman Abbasov

LƏNKƏRANDA İNTİHAR HADİSƏSİ

Lənkəran şəhərində intihar hadisəsi baş verib.

QUBANIN İSPİK KƏND ORTA MƏKTƏBİ DƏRS İLİNƏ HAZIR DEYİL

Yeni dərs ilinin başlamasına az qalsa da Neman Dadaşov adına Quba rayonu İspik kənd orta məktəbi yeni dərs ilinə heç cür hazır deyil.