Ana SəhifəLayihə haqqındaArxivimiz

son yenilənmə 06/09/2010 , 12:21


GƏNCƏDƏ ADSL XİDMƏTLƏRİNƏ MARAQ ARTIB

GƏNCƏDƏ ADSL XİDMƏTLƏRİNƏ MARAQ ARTIB17/06/2010 , 16:07
Gəncədə ADSL xidməti göstərən 4 provayder var – bunlar “Aztelekom”, “TransEuroCom”, “Avirtel” və “DataPlus”dur.
Bu il ərzində dövlətə məxsus internet provayderləri genişzolaqlı internet xidmətlərinin tariflərini endirib. Bu da bazara təsir etdiyindən özəl şirkətlər də xidmət haqqlarını endirməyə başlayıblar. Bu isə istifadəçilərin çoxalmasına səbəb olub.

Gəncə şəhər Telekommunikasiya İdarəsinin baş mühəndisi İsrail Məmmədovun sözlərinə görə ümumiyyətlə son vaxtlarda internet xidmətlərinin qiymətin aşağı salınması əhali arasında genişzolaqlı rabitə növünə marağı artırıb. Gəncə sakinləri arasında evlərinə ADSL xətti çəkdirmək istəyənlər çoxalıb.

“Belə götürəndə orta hesabla internet xidmətlərinin tarifləri 33 faiz azalıb. Bu isə istifadəçilərin sayının çoxalmasına səbəb olub. Belə ki, ümumi istifadəçilər dial-up sistemi ilə 4500, ADSL xidmətlərindən isə 1500 nəfər hal-hazırda istifadə edir. Bu da ilin əvvəlinə nisbətən 30 faiz artım deməkdir” - İsrail Məmmədov, Gəncə TKİ-nin Baş mühəndisi.

Gəncədə ADSL xidməti göstərən 4 provayder var – bunlar “Aztelekom”, “TransEuroCom”, “Avirtel” və “DataPlus”dur. Bu provayderlər istifadəçilərə paralel olaraq dial-up qoşulma xidmətini də təklif edir. Ev telefonundan istifadə edilməklə qlobal şəbəkəyə qoşulmağa imkan verən xidməti həmçinin Gəncədə “Bakinternet”, “AdaNet” və “Azeronline” müəsissələri də göstərir.

Hazırda Gəncədə ümumi ADSL istifadəçilərinin sayı 1400-dən çoxdur. Şəhərdə 33 internet xidmətləri təklif edən klublar fəaliyyət göstərir ki, bu məkanlarda kompüterlərin sayı və trafiki 324-dür. Orta hesablar 33 internet klubda gün ərzində 1650-2200 insan internetə daxil olur.

Gəncədə internet istifadəçiləri xidmətə haqqlarının aşağı salınmasını yükəsk qiymətləndirsələr də, ADSL xidmətlərinin sürət keyfiyyətindən narazıdırlar. Əksər ADSL istifadəçiləri iddia edir ki, onlar provayderlərlə bağladıqları müqavilənin şərtlərinə əsasən göstərilən sürətli xəttdən istifadə edə bilmirlər. Çox halda ADSL xətti ilə daxil olan sürət müqavilədə gösətərilən sürətdən aşağı olur. Abunəçi isə müqavilədəki sürət üçün pul ödəyir. Azərbaycanın mövcud qanunvericiliyinə əsasən sözügedən məsələ istehlakçı hüquqlarının pozulması deməkdir. Amma Gəncədəki Kəpəz və Nizami rayon məhkəmələrində istehlakçı hüquqlarının bərpası tələbi ilə bağlı məhkəməyə təcrübəsi yoxdur. Məhkəmələrdən deyirlər ki, Gəncədə istehlakçılar indiyəcən istehlakçı hüquqlarının bərpası tələbi ilə bağlı müraciət etməyiblər.

24 yaşlı Gəncə sakini Xəlil Musayev ADSL istifadəçisidir. Gündə orta hesablar 8 saatdan çox internetdən istifadə edir. “Aztelekom” internet provayderinin abunəçidir. Xəlil Musayevin sözlərinə görə mütamadi olaraq şəbəkənin qırılması və sürətin aşağı olmasından əziyət çəkir.

“Mən 512 mbit/s üçün pul ödəyirəm. Amma internetdə bunu sərbəst yoxlayanda görürsən ki, 512 deyil, sürət daha aşağıdır. ATS-ə dəfələrlə demişəm, hər dəfə deyirlər az qalıb düzələcək. Amma hələ də düzəlməyib. Mənim yaşadığım yerdə “Aztelekom”-dan başqası ADSL təklif eləmir. Mən də məcburam bundan istifadə edim.” – deyir Xəlil Musayev.

Gəncə TKİ-nin baş mühəndisi İsrail Məmmədov isə deyilənləri təkzib etmir. Baş mühəndisin sözlərinə görə bu Gəncənin rabitə şəbəkəsində aparılan rekonstruksiya işləri ilə əlaqəlidir. Bu işlər yekunlaşdıqdan sonra istifadəçilər bu cür problemlərlə üzləşməyəcəklər.

“Rekonstruksiyadan sonra Gəncədəki bütün ATS-lər elektronlaşdırılacaq, yeni NGN şəbəkəsi qurulacaq. Bu şəbəkə geniş rabitə xidmətlərini yüksək keyfiyyətlə təqdim etməyə imkan verəcək. Telefon xətti nəinki ənənəvi xidmətlər gösətərəcək həmçinin yeni rabitə növlərini də abunəçilərimizə təqdim edəcəyik. Bu zaman ADSL portlarının da sayı artırılacaq. Keyfiyyət isə yüksələcək. Abunəçilər bu işlərin sonunu gözləməlidir.”

Arayış: .Gəncə şəhər əhalisinin sayı – 314 060 nəfərdir. Əhalinin 31.4 faizini 14-29 yaşlı gənclər təşkil edir. Hesab olunur ki, Gəncədə idarə və təşkilatlar istisna olmaqla aktiv internet istifadəçiləri əsasən gənclərdir.

Gəncə

LƏNKƏRANDA İNTİHAR HADİSƏSİ

Lənkəran şəhərində intihar hadisəsi baş verib.

QUBANIN İSPİK KƏND ORTA MƏKTƏBİ DƏRS İLİNƏ HAZIR DEYİL

Yeni dərs ilinin başlamasına az qalsa da Neman Dadaşov adına Quba rayonu İspik kənd orta məktəbi yeni dərs ilinə heç cür hazır deyil.