Ana SəhifəLayihə haqqındaArxivimiz

son yenilənmə 06/09/2010 , 12:21


NAXÇIVANA ƏRZAQ VƏ SƏNAYE MALLARININ GƏTİRİLMƏSİNDƏ PROBLEM VAR

NAXÇIVANA ƏRZAQ VƏ SƏNAYE MALLARININ GƏTİRİLMƏSİNDƏ PROBLEM VAR07/06/2010 , 11:45
Kiçik sahibkarlar və sakinlərin bildirdiyinə görə, yumurta, toyuq əti, bəzi meyvə- vətərəvəz məhsulları, şirələr, tərlik və s. malların gətirilməsinə məhdudiyyətlər qoyulub.
Bakı şəhərindən və qonşu olkələrdən Naxçıvan Muxtar Respublikasına gətirilən bəzi ərzaq və sənaye malları MR gömrük keçid məntəqələrində saxlanılaraq geri qaytarılır və ya müsadirə edilir. Yerli sahibkarların paytaxdan muxtar respublikaya gətirmək istədiyi mallardan dövlət gömrük keçid məntəqəsində əlavə rüsumlar tələb olunur. Həmçinin sakinlərin qonşu İran və Türkiyəyə keçməsinə də məhdudiyyətlər qoyulur. Vətəndaşların adı çəkilən ölkələrə hər gün gedib-gəlməsinə qanun yol versə də, gömrük keçid məntəqələrində sakinlərin həmin dövlətlərə 15 gündən bir getməsinə icaizə verilir ki, buda insanların sərbəst hərəkət etmək hüquqlarını pozur.



Kiçik sahibkarlar və sakinlərin bildirdiyinə görə, yumurta, toyuq əti, bəzi meyvə- vətərəvəz məhsulları, şirələr, tərlik və s. malların gətirilməsinə məhdudiyyətlər qoyulub. Qoyulan məhdudiyyətlər bu işlə məşqul olan sahibkarlara və yerli əhaliyə ciddi ziyan vurur. Bu səbəbdən bir sıra ərzaq məhsullarının qiyməti Azərbaycanın digər bölgələri ilə müqayisədə hədindən artıq bahadır. Məsələn 50 kiloqramlıq unun qiyməti Bakıda 14 manat olduğu halda Naxşıvanda 30 manata satılır.



“Bakıdan gətirdiyim 50 cüt fəhlə əlcəyi üçün culfa keçid məntəqəsində məndən 15 manat istədilər. Halbiki, bu əlcəyin qiymətinin bahalaşmasına səbəb olur”, - deyə kiçik sahibkar Namiq Rəhimov bildirib. Adının çəkilməsini istəməyən digər sahibkar isə “Bakıdan 300 manat dəyərində tərlik gətirirdim. Yük Culfa Gömrük Keçid Məntəqəsində gömrükçülər tərəfindən saxlanılıb və geri göndərmək məsləhət görülüb. Mən malı xarici dövlətdən gətirmirəm. Bu mal Azərbaycanın bir bölgəsindən digər bölgəsinə aparılır.Onların bu hərəkətini heç cürə başa düşə bilmirəm.Bu cür mallar axı Azərbaycanın hər yerində satılır.Naxçıvan isə Azərbaycanın tərkib hissəsidir”, deyib.



Məsələ ilə bağlı Muxtar Respublika Dövlət Gömrük Komitəsinindən “Muxtar Respublikada yerli sahibkarlara kömək məqsədi ilə bəzi addımlar atılır. Biz çalışırıq ki, yerli sahibkarların mənafeyi qorunsun və yerli mallar satılsın. Bəzi mallar artıq Naxçıvanda istehsal olunur”, - deyə bildirilib.



Naxçıvandan olan iqtisadçı ekspert Məhəmməd Talıblının bidirdiyinə görə, adətən belə iqtisadi siyasəti proteksionist siyasət adlandırırlar. Yəni ölkələr bu siyasət vasitəsilə yerli istehsalı stimullaşdırmaq, idxaldan assılığı azaltmaq, kapitalın xarici investorların cibinə axmaması üçün belə himayəçilik siyasəti həyata keçirirlər. Amma Naxçıvanda tətbiq olunan bu siyasət heç bir halda yerli istehlakçıların maraq və mənafeyi üçün edilmir. Əksinə bütün bu addımlar Naxçıvan əhalisini daha da yoxsulluğun girdabına itələyir, inhisarçılığı daha da dərinləşdirir. MR-a buraxılmayan həmin malların əvəzində yerli istehsalçılar üçün münbit şərait yaranmır, əksinə, həmin idxalı məhdudlaşırmaq hesabına təkəlçilik daha da eybəcər xarakter alır. Yerli istehsal adı altında bir qrup insan bütün istehlakı təmin etməsi üçün hər şeyi nəzarətdə saxlayır və nəticədə bütün mal və xidmətlər üzrə fəsil boyu qiymətlərin diqtəsi edilir. Bu isə bütün daxili istehlakı bir əldə cəmlənməsinə gətirib çıxaran tendensiyadır. Eyni zamanda da qonşu İran və Türkiyədən ölkəyə gətirilən malların qaşısını almaq hesabına əhalinin acınacaqlı durumunu çətinləşdirmə deyil, əksinə daha çox istehlaçıların daha keyfiyyətli və ucuz mallara çıxış imkanları əsas götürülməlidir.



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanı olan “Şərq qapısı” qəzetinin 93 (20.007) sayında “Sahibkarlığa diqqət artır” başlıqlı yazıda muxtar respublikada sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur qaydaların liberellaşdırılmasını, biznes qeydiyyat sisteminin sadələşdirilməsini ,sahibkarlığa dövlət maliyyə dəstəyinin təkmil mexanizminin yaradılması, iş adamının vergi yükünün azaldılmasını, o cümlədən idxalda maksimal həddin müəyyənləşdirilməsini, sahibkarların hüquqlarəının müdafiəsini, işlək mexanizmlərin formalaşdırılmasını və digər tədbirlər sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının göstəricisi olduğu bildirilir.



E. Abbasov

LƏNKƏRANDA İNTİHAR HADİSƏSİ

Lənkəran şəhərində intihar hadisəsi baş verib.

QUBANIN İSPİK KƏND ORTA MƏKTƏBİ DƏRS İLİNƏ HAZIR DEYİL

Yeni dərs ilinin başlamasına az qalsa da Neman Dadaşov adına Quba rayonu İspik kənd orta məktəbi yeni dərs ilinə heç cür hazır deyil.