06/09,12:18 - YARDIMLIDA DƏHŞƏTLİ QƏTL HADİSƏSİ
03/09,18:07 - MÜSAVAT PARTİYASI NAXÇIVANIN ALİ MƏCLİSİNƏ SEÇKİLƏ...
03/09,18:04 - LƏNKƏRANDAKI ATIŞMANIN TƏFƏRRÜATLARI BARƏDƏ YENİ ...
03/09,18:01 - GƏNCƏDƏ NARKOMANİYAYA QARŞI MÜBARİZƏ İLƏ BAĞLI TƏT...
NAXÇIVANDA “NUH PEYĞƏMBƏR, DÜNYA TUFANI VƏ NAXÇIVAN” ADLI KİTAB ÇAP OLUNUB
03/06/2010 , 12:16
NAXÇIVANDA “NUH PEYĞƏMBƏR, DÜNYA TUFANI VƏ NAXÇIVAN” ADLI KİTAB ÇAP OLUNUB
“Əcəmi” Nəşriyyat Poliqrafiya birliyində nəşr olunan kitab 300 səhifədən ibarətdir.
Kitab Naxçıvanda “Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan” mövzusundakı beynəlxalq simpoziumun materialları əsasında hazırlanıb. Kitabdakı materiallar Nuh peyğəmbər və onun Naxçıvana bağlılığını tədqiq edir, Azərbaycan tarixini zənginləşdirir və dünya tarixinə layiqli töhfə verir. Kitabın baş məsləhətçisi naxçıvan Muxtar Respublika Ali Məclisin sədri Vasif Talıbov, redaksiya heyətinin üzvüləri tanınmış alimlər Yaqub Məmmədov, Nailə Vəlixanlı, Nail Turan, Xeyrəddin İvgin, İsa Həbibbəyli, İsmayıl Hacıyev, Əbülfəz Quliyev və Hacıfəxrəddin Səfərlidir.
Xatırladaq ki, “Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan” mövzusundakı beynəlxalq simpozium 24 aprel 2009-cu il tarixdə Naxçıvan şəhər İcra Hakimiyyətinin dəyirmi zalında keçirilib. 2 gün davam edən simpoziumda AMEA Naxçıvan bölməsinin əməkdaşları ilə birlikdə Azərbaycanın tanınmış elim adamları,xaricdən gələn alim və filoloqlar da iştirak ediblər.
Elman Abbasov
Reklam
LƏNKƏRANDA İNTİHAR HADİSƏSİ
Lənkəran şəhərində intihar hadisəsi baş verib.
QUBANIN İSPİK KƏND ORTA MƏKTƏBİ DƏRS İLİNƏ HAZIR DEYİL
Yeni dərs ilinin başlamasına az qalsa da Neman Dadaşov adına Quba rayonu İspik kənd orta məktəbi yeni dərs ilinə heç cür hazır deyil.