06/09,12:18 - YARDIMLIDA DƏHŞƏTLİ QƏTL HADİSƏSİ
03/09,18:07 - MÜSAVAT PARTİYASI NAXÇIVANIN ALİ MƏCLİSİNƏ SEÇKİLƏ...
03/09,18:04 - LƏNKƏRANDAKI ATIŞMANIN TƏFƏRRÜATLARI BARƏDƏ YENİ ...
03/09,18:01 - GƏNCƏDƏ NARKOMANİYAYA QARŞI MÜBARİZƏ İLƏ BAĞLI TƏT...
ASTARADA MUĞAM MÜSABİQƏSİNiN YEKUN TURUNA START VERİLİB
19/05/2010 , 12:38
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən uşaq muğam ifaçılarının V Respublika müsabiqəsinin yekun turu Astara şəhərində start götürüb.
Astara Rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Natiq İbadovun sözlərinə görə, Azərbaycan musiqi xəzinəsinin nadir incilərindən olan muğamı geniş təbliğ etməklə yeni istedadlı gənc ifaçıları üzə çıxarmaq məqsədini daşıyan bu sənət yarışmasına respublikanın 50 rayonundan 150-dək 12-22 yaşınadək olan ifaçılar qatılıblar.
Münsiflər heyətinin tərkibində xalq artistləri Canəli Əkbərov, Səkinə İsmayılova, Mənsum İbrahimov və Ağaverdi Paşayev, əməkdar artistlər Gülyaz Məmmədova və Gülüstan Əliyeva, Mədəniyyət və Turizm Nazirliyinin regionlarla iş sektorunun aparıcı məsləhətçisi Oqtay Muxtarov təmsil olunublar.
Mayın 21-də başa çatacaq müsabiqədə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən birinci yerin qalibinə 500 manat pul və I dərəcəli diplom, ikinci yerin qalibinə 300 manat pul və II dərəcəli diplom, üçüncü yerin qalibinə 250 manat pul və III dərəcəli diplom, həmçinin sonrakı 5 yeri tutan ifaçıların da hərəsinə 150 manat pul və diplomlar veriləcəkdir.
NİZAMİ HÜSEYNOV
Reklam
LƏNKƏRANDA İNTİHAR HADİSƏSİ
Lənkəran şəhərində intihar hadisəsi baş verib.
QUBANIN İSPİK KƏND ORTA MƏKTƏBİ DƏRS İLİNƏ HAZIR DEYİL
Yeni dərs ilinin başlamasına az qalsa da Neman Dadaşov adına Quba rayonu İspik kənd orta məktəbi yeni dərs ilinə heç cür hazır deyil.