Ana SəhifəLayihə haqqındaArxivimiz

son yenilənmə 06/09/2010 , 12:21


ƏNƏNƏVİ KİTAB BAYRAMI KEÇİRİLİB

ƏNƏNƏVİ KİTAB BAYRAMI KEÇİRİLİB12/05/2010 , 11:07

Lənkəran şəhər Mərkəzi kitabxanasının qarşısaındakı meydanda 3-cü ənənəvi Kitab bayramı keçirilib. Tədbiri giriş sözü ilə rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Siddiqə Rzayeva açaraq, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq sərəncamı ilə keçirilən kitab bayramının məqsədi və gənc nəslin dünyagörüşünün artırılmasında kitabın müstəsna xidmətindən danışıb.

Azərbaycan Yazıçılar Birliyi Lənkəran zona bölməsinin məsul katibi İltifat Saleh, Lənkəran Dövlət Universitetinin dekanı, filologiya elmləri doktoru Yədulla Ağazadə, yazıçı Hafiz Mirzə, şair Ağamir Cavad və başqaları da çıxışlarında belə tədbirlərin kitabın təbliğində önəmli əhəmiyyətindən söz açıblar.

Daha sonra bayram iştirakçıları “Heydər Əliyev – 87”, “Qələbə - 65”, “Gəncə - Azərbaycanın əfsanələr paytaxtı”, “Qazax – Azərbaycanın folklor paytaxtı”, “Şəki-Azərbaycanın sənətkarlıq paytaxtı” başlıqlı kitab sərgiləri ilə tanış olublar.

Tədbir maraqlı konsert proqramı ilə başa çatıb.

NİZAMİ HÜSEYNOV

LƏNKƏRANDA İNTİHAR HADİSƏSİ

Lənkəran şəhərində intihar hadisəsi baş verib.

QUBANIN İSPİK KƏND ORTA MƏKTƏBİ DƏRS İLİNƏ HAZIR DEYİL

Yeni dərs ilinin başlamasına az qalsa da Neman Dadaşov adına Quba rayonu İspik kənd orta məktəbi yeni dərs ilinə heç cür hazır deyil.