Ana SəhifəLayihə haqqındaArxivimiz

son yenilənmə 06/09/2010 , 12:21


“ŞÖHRƏT” ORDENLİ QƏHRƏMAN

“ŞÖHRƏT” ORDENLİ QƏHRƏMAN11/05/2010 , 10:45



Mayın 9–da Böyük Vətən Müharibəsində qələbənin 65–ci ildönümü münasibətilə
Moskvada keçiriləcək parada Azərbaycandan da dörd müharibə veteranı dəvət olunub. Onların içində Lənkərandan olan Ağadadaş Əbilqasım oğlu Səmədov da var.

2008 – ci ilin mayı ...

Həmin il Bakıya gələn Rusiya Prezidenti Dmitri Medvedyev onunla şəxsən görüşərək
cəbhədə layiq görüldüyü , lakin almadığı 2–ci və 3–cü dərəcəli “Şöhrət” ordenlərini keçmiş
cəbhəçinin yaxasına sancıb.

Qəhrəman döyüşçü kimi öz haqqına 2008–ildə çatan A.Səmədovun sənədləri uzun
müdddət gizlədilmiş və hətta öldüyü barədə Moskvaya məlumat da verilibmiş. Nəhayət ,
Moskva Mərkəzi Hərbi Arxivə göndərilən məktublar öz müsbət nəticəsini verib...

Kimdir, Ağadadaş Səmədov?

Ağadadaş Səmədov 10 mart 1924–cü ildə Lənkəran rayonunun Vilvan kəndində anadan
olub. O, 1938–ci ildə Veravul kənd məktəbində yeddinci sinfi bitirib, Lənkəran Subtropik
Texnikumuna daxil olur. 1942–ci ilin iyulunda texnikumu bitirən A.Səmədov həmin ilin
oktyabrına kimi Lənkəran Maşın–Traktor Stansiyasında işləyir.

Ağadadaş Səmədov 1942–ci ilin oktyabrında orduya çağrılır. Hərbi xidmətə Dərbənddə yaradılan 77–ci Azərbaycan milli diviziyasında 105–ci alayın 3–cü batalyonunda başlayıb.

1942–ci ilin dekabrında Mozdokun Txaresk şəhərində hərbi and içdikdən sonra Mozdok və Krasnodar istiqamətində gedən şiddətli döyüşlərdə iştirak edir.

1943–cü ilin martında yaralanan Ağadadaş qospitalda müalicə olunur və yenidən döyüşən orduya qayıdır. O, bu dəfə 293–cü motoatıcı diviziyasının 571–ci motoatıcı polkunun tərkibində Taman yarımadasının düşməndən azad olunmasında fəal iştirak edir və “İgidliyə görə” medalı ilə təltif olunur.

İkinci dəfə Ukraynanın Berdiçev şəhərində yaralanan Ağadadaş 12 saylı qospitalda
bir aylıq müalicədən sonra 388–ci piyada polkunun tərkibində vuruşur.

Ağadadaş Səmədov Ukraynanın Brodi şəhərinin, daha sonra isə Divle şəhərinin düşməndən
azad olunmasında iştirak edir və burada göstərdiyi qəhrəmanlığa görə, 3–cü dərəcəli “Şöhrət”
ordeninə layiq görülür. Sonra Ağadadaş Visla çayının sahillərində güdən ağır döyüşlərdə iştirak
edir və buradakı döyüş hünərinə görə isə 2–ci dərəcəli “Şöhrət” ordeni ilə təltif olunur.

Polşanın Stanislav və Lyublin şəhərlərinin azad olunması zamanı Ağadadaş iki dəfə ağır
yaralanır. O, səhra qospitalında müalicə olunduqdan sonra yenidən 388–ci piyada polkuna qayıdır. Bu polk Polşanın Krakov şəhərinin düşmən mühasirəsindən qurtulmasında böyük rol
oynayır.

1945–ci ilin aprelində Berlin şəhəri uğrunda gedən döyüşlərdə ağır yaralanır və müalicə
olunmaq üçün Ukraynaya göndərilir. 1945–ci ilin dekabrında isə qəhrəman döyüşçü ordudan tərxis olunaraq Vətənə qayıdır.

Ağadadaş Səmədov 1946–cı ilin martından 1979–cu ilə qədər rayonun kolxoz və
sovxozlarında müxtəlif vəzifələrdə çalışır.

Bu gün A.Səmədov gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında var qüvvəsini
əsirgəmir.

Sonda qeyd edək ki, ölkə başçısının şəxsən göstərişi ilə A.Səmədov Bakıda Göz Xəstəlikləri İnstitutunda müalicə olunub, ona “Oka” markalı minik avtomobili hədiyyə edilib.

NİZAMİ HÜSEYNOV

LƏNKƏRANDA İNTİHAR HADİSƏSİ

Lənkəran şəhərində intihar hadisəsi baş verib.

QUBANIN İSPİK KƏND ORTA MƏKTƏBİ DƏRS İLİNƏ HAZIR DEYİL

Yeni dərs ilinin başlamasına az qalsa da Neman Dadaşov adına Quba rayonu İspik kənd orta məktəbi yeni dərs ilinə heç cür hazır deyil.