06/09,12:18 - YARDIMLIDA DƏHŞƏTLİ QƏTL HADİSƏSİ
03/09,18:07 - MÜSAVAT PARTİYASI NAXÇIVANIN ALİ MƏCLİSİNƏ SEÇKİLƏ...
03/09,18:04 - LƏNKƏRANDAKI ATIŞMANIN TƏFƏRRÜATLARI BARƏDƏ YENİ ...
03/09,18:01 - GƏNCƏDƏ NARKOMANİYAYA QARŞI MÜBARİZƏ İLƏ BAĞLI TƏT...
KOMMUNAL PROBLEMLƏRİN İÇİNDƏ İTİB-BATAN KƏND
06/05/2010 , 11:23
Goranboy rayonunun Baxçakürd kəndi kommunal problemlərin məngənəsindədir. Kənd sakinləri su, qaz, işıq və yol sarıdan əziyyət çəkirlər. Sakinlər deyir ki, problemin həlli ilə bağlı bir neçə dəfə aidiyyatı qurumlara müraciət olunsa da onlara heç bir yardım göstərilməyib.
Bu kəndin sakinləri yay olanda susuzluqdan, qış olanda isə qaz və işıq, eləcə də yol sarıdan əziyyət çəkirlər. Sakinlərin sözlərinə görə, illərdir kəndin işıq xətləri və dirəklər dəyişdirilmir. Ona görə də bir az külək əsən kimi dirəklər aşır, xətlər isə qırılır. Belə olanda isə yerli camaat öz vəsaitləri hesabına fəsadları aradan qaldırmağa çalışırlar. Təbii qazdan isə söhbət belə gedə bilməz. Problemin həllinə gəlincə isə sakinlər bildirir ki, dəfələrlə həm yerli, həm də rayon rəhbərliyini yazılı və şifahi şəkildə məlumatlandırıblar.
53 yaşlı kənd sakini Xanlar Şərifov: “Konkret olaraq işıq idarəsinə, icra nümayəndəsinə ərizə ilə müraciət etmişik. Ancaq gəlib baxan yoxdur. Yolumuz heç cür keçiləsi deyil. Bir adam xəstələnsə maşın girə bilmir”.
“Bələdiyyəmizə demişik baxmırlar, onları belə məsələlər ümumiyyətlə maraqlandırmır. Yalnız bir şey bilirlər – büdcədə pulumuz yoxdu. Olanda həll olunacaq.” – deyir kənd sakini Məlahət Əliyeva
Baxçakürd kəndində olan su problemi yay mövsümündə daha da aktuallaşır. Çünki yay aylarında insanların suya tələbatı daha çox olur. Hazırda yerli əhali tələbatlarını arxlar vasitəsi ilə qismən ödəsələr də qarşıdakı aylarda bu da mümkünsüzləşəcək. Su mənbəyi kimi istifadə olunan kənd arxı isə zibil qalıqları ilə doludur. Kənddə olduğumuz müddətdə Nə rayon icra hakimiyyəti başçısının kənddəki nümayədəsini, nə də sakinlərin seçdiyi bələdiyyə sədrini iş otağında olmadığından fikirlərini isə öyrənə bilmədik.
Gəncə
Reklam
LƏNKƏRANDA İNTİHAR HADİSƏSİ
Lənkəran şəhərində intihar hadisəsi baş verib.
QUBANIN İSPİK KƏND ORTA MƏKTƏBİ DƏRS İLİNƏ HAZIR DEYİL
Yeni dərs ilinin başlamasına az qalsa da Neman Dadaşov adına Quba rayonu İspik kənd orta məktəbi yeni dərs ilinə heç cür hazır deyil.