06/09,12:18 - YARDIMLIDA DƏHŞƏTLİ QƏTL HADİSƏSİ
03/09,18:07 - MÜSAVAT PARTİYASI NAXÇIVANIN ALİ MƏCLİSİNƏ SEÇKİLƏ...
03/09,18:04 - LƏNKƏRANDAKI ATIŞMANIN TƏFƏRRÜATLARI BARƏDƏ YENİ ...
03/09,18:01 - GƏNCƏDƏ NARKOMANİYAYA QARŞI MÜBARİZƏ İLƏ BAĞLI TƏT...
DAŞLAR DİLƏ GƏLİR
22/04/2010 , 13:31
Novruz axşamı idi ...
Məmmədəli müəllim onlara qonaq gələn dostu və həmkarı Nəsimi müəllim ilə evdə oturub çay içə-içə dərdləşirdilər: ,,Biz böyük və qədim xalqık. Ancaq tariximizə qarşı biganəyik,, - Məmmədəli müəllim deyirdi. ,, Məmmədəli, biz sanki ölmüşük və keçmişi xatırlaya bilmirik” – Nəsimi müəllim dostuna dəstək verirdi...
İxtisasca tarixçi–arxeoloq olan Məmmədəli müəllim Arxeoloqiya və Etnoqrafiya İnstitutunda işləyirdi. Azərbaycan xalqının keçmişi və qədimliyi barədə məlumatın azlığı, tariximizə qarşı biganəlik onu daim düşündürür, qəlbini bir an belə rahat buraxmırdı. Bu gənc alim yaxşı bilirdi ki, daşlarda əbədiləşən yazılar, qəbirlər, qaya təsvirləri, səddlər və qalalar xalqın qədimliyini müəyyənləşdirir. Bunların dili olmasa da sanki danışır,ulu babalarımızın yaddaşını vərəqləyir...
Azərbaycanın iqlim şəraiti əlverişli olduğundan burada daş dövrünün bütün mərhələləri
boyu insanlar yaşamışlar. Alət və silah düzəltmək üçün daş materialının bolluğu, daldalanmaq
üçün dərin çay və dərələrinin hündür qayalıqların, quru və geniş təbii mağaralərın çoxluğu və yem ehtiyatının zənginliyi ibtidai insanın diqqətini həmişə cəlb etmişdir. Ən qədim insanlar
ən çox mağaralarda , bir çox hallarda isə açıq havada məskən salıb yaşamışlar.
Azıx mağarası ən qədim zamanlardan ibtidai insanların yaşayış məskəni olmuşdur. Qarabağın dağlıq hissəsində, Füzuli şəhərinin 14 kilometrliyində, Quruçay dərəsinin sol yamacında yerləşən bu mağaranın uzunluğu 250 metr, hündürlüyü isə bəzi yerlərdə 20 metrdən çoxdur. Ümumi sahəsi 8 min kvadratmetrə çatır.
Arxeoloqlar mağarada qazıntı işləri apararkən qəfildən bir cüt dişin yerləşdiyi çənə
aşkara çıxmışdır. Təhqiqat nəticəsində məlum olmuşdur ki, tapıntı 18–20 yaşlı qadının
alt çənə sümüyüdür. Alimlər hesablamışlar ki, bu insan təxminən 300–400 min il bundan əvvəl yaşamışdır. Çənə sümüyünün üstündə azı dişi qalmışdır. Müasir adamların dişindən fəqli olaraq,
bu dişin 4 kökü vardır. Həmin tapıntıya görə, Azərbaycan “Avropanın ən qədim sakinləri”
xəritəsinə daxil edilmişdir.
Mağaranın ən qədim dövrə aid təbəqələrində ibtidai insanların işlətdikləri kobud daş alətləri –
əl çapacaqları, dişli alətlər və s. tapılmışdır. Bu alətlər adi çay daşlarından hazırlanmışdır. İbtidai
insanlar bu alətlərdən ovladıqları heyvanın ətini parçalayıb yemişlər. İnsanlar birgə yaşamış, nə
tapsalar birgə yemişlər. Bundan başqa, Azıx mağarasının dərin qatlarından od – ocaq izləri və yanmış heyvan sümükləri də tapılmışdır .
Tariximizin və mədəniyyətimizin ən qədim abidələrindən olan Qobustan daş salnaməsi sərt
qayalar dünyasıdır. Mezolit və ya Orta daş dövrü bu qayalıqlarda tarixləşmişdir. Qayalarda
təsvir olunmuş ov səhnələri sübut edir ki, burada yaşayanların başlıca məşğuliyyəti ovçuluq
olmuşdur. Bu təsvirlər kəllə - kəlləyə gələn qoçlardan , ürkək duruşlu ceyran – cüyürlərdən,
zərif marallardan ibarətdir. Böyükdaş qayalıqlarındakı balıq təsvirləri isə qobustanlıların həm də,
mahir balıqçılar olduğunu xəbər verir.
Çingir dağının ətəyində yerləşən qayalarda əks olunan təsvirlərdə sal qayalardan ibarət
qavaldaş (ibtidai musiqi aləti olmuşdur) döyəclənir, Yallıya oxşar rəqslər bu daşın çalınması ilə ifa edilərmiş,
Babalarımız özlərini xarici düşmənlərdən qorumaq üçün bir çox müdafiə tikililəri, səddlər
və qalalar inşa etmişlər. Düşmənə qarşı çəkilmiş bu sədlərdən biri də “Dəmirqapı – Dərbənd”
səddidir. Bu sədd əsasən çox iri daşlardan tikilmişdir. Bu iri daşların birini digərinə bağlamaq
üçün onların içinə qurğuşun əridib tökmüşlər. Bu möhtəşəm qalanın divarının eni bəzi 10 metrə
çatır. Sədd Xəzər dənizinin içərisindən başlayaraq Qafqaz dağının hündürlüyünə qədər qalxmışdır. Səddin uzunluğu 40 kilometrə qədər olub, bir çox bürcləri və qapıları vardır.
Divarlara dənizdən də yaxınlaşmaq mümkün deyildi. Onların aşağı hissəsi ləpədöyən kimi
dənizin içərilərinədək uzanırdı . Bu isə düşmən gəmilərinə divarlara yaxılaşmağa imkan vermirdi.
Şuşa qalası – Pənahabad Azərbaycanın ən qədim yaşayış məskəni olan Şuşa şəhərinin
yaxınlığında inşa edilmişdir. Qala hər tərəfdən sıldırım qayalarla əhatə olunmuşdu. Buraya
yalnız bir tərəfdən gedib – gəlmək mümkün idi. Şuşa qala şəhərin yuxarı hissəsi aşağı hissəsindən 300–400 metr yüksəkdədir.Şəhər düşmənlər üçün əlçatmaz bir yer idi.
12–ci yüzilliyin məşhur abidələrindən biri olan Bakıdakı Qız qalası memarlıq formasına görə, Şərqdə yeganə abidədir. Nəhəng qaya üzərində salınmış abidənin hündürlüyü 28 metrdir.
Öz zərifliyi əzəmət və bənzərsizliyi ilə bu gün də insanı heyrətə gətirən “Möminə Xatın
türbəsi” bütün Şərqin şah əsəridir. Bu türbənin hündürlüyü 35 metrdir. Bişmiş kərpicdən tikilmiş
türbənin üst qurşağındakı yazılara firuzəyi kaşı əlavə edilmişdir. Türbənin üzərində onun kim
üçün, nə vaxt və kim tərəfindən tikilməsini izah edən kitabə vardır.
Qədim Azərbaycan ərazisində ayrı – ayrı hökmdarlar tərəfindən bu günki nəsillərimizə
yadigar qalan bir çox şəhərlər də salınmışdır.Şəhərlərin ərazisi böyük, əhalisi çoxsaylı olmuşdur. Onlar möhtəşəm müdaiə divarları ilə əhatələnmişdi. Şəhərlərdə müxtəlif ictimai
binalar tikilmişdir. Bu möhtəşəm binaların inşa edilməsində tikinti materialı kimi daşdan ,çiy
və bişmiş kərpicdən, ağacdan istifadə etmişlər.
Bu abidələr tarixin yadigarı və səhifələridir. Bu səhifələri vərəqlədikcə ulu babalarımızın
keçdiyi böyük həyat yolu gözlərimiz qarşısında canlandı.
Babalarımız yaşayıb yaradarkən mənəvi qürurlarını, milli qeyrətlərini şərəflə müdafiə
etmişlər. Onlar yenilməz səddlər və qalalar qurmuşlar. Bu gün həmin müdafiə tikililərin daşlarında ulularımızın daş qəzəbi , döyünən ürəyinin səsi həkk olunmuşdur. Bunlar tariximizdir.
bu tarixi isə göz bəbəyimiz kimi qorumalıyıq.
Məmmədəli müəllimin üzündəki qürur hissi aydın duyulurdu: “Keçmişimizin çirkinliyi yoxdur”.
NİZAMİ HÜSEYNOV
Reklam
LƏNKƏRANDA İNTİHAR HADİSƏSİ
Lənkəran şəhərində intihar hadisəsi baş verib.
QUBANIN İSPİK KƏND ORTA MƏKTƏBİ DƏRS İLİNƏ HAZIR DEYİL
Yeni dərs ilinin başlamasına az qalsa da Neman Dadaşov adına Quba rayonu İspik kənd orta məktəbi yeni dərs ilinə heç cür hazır deyil.