06/09,12:18 - YARDIMLIDA DƏHŞƏTLİ QƏTL HADİSƏSİ
03/09,18:07 - MÜSAVAT PARTİYASI NAXÇIVANIN ALİ MƏCLİSİNƏ SEÇKİLƏ...
03/09,18:04 - LƏNKƏRANDAKI ATIŞMANIN TƏFƏRRÜATLARI BARƏDƏ YENİ ...
03/09,18:01 - GƏNCƏDƏ NARKOMANİYAYA QARŞI MÜBARİZƏ İLƏ BAĞLI TƏT...
MASALLIDA YAŞAYIŞ EVİNDƏ YANĞIN
12/04/2010 , 15:55
Masallı rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Masallı Rayon Yanğından Mühafizə Hissəsinin rəisi Yaşar Məcidovun verdiyi məlumata görə, hadisə aprelin 10-da saat 14.30 radələrində rayonun Bədəlan kənd sakini, 1966-cı il təvəllüdlü Abbas Xanağa oğlu Məcidova məxsus ikimərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Yanğın baş verən vaxt ev sahibi yatdığından, hadisə barədə ilk dəfə qonşular xəbər tutaraq bu barədə “101” xidmətinə məlumat çatdırıblar. Hadisə yerinə üç yanğınsöndürən maşın göndərilib. Yanğın barədə gec xəbər verildiyindən 380 kvadratmetrlik evin 186 kvadratmetri içindəki əşyalarla birlikdə yanaraq külə dönüb. Bununla belə, yanğınsöndürənlərin və kənd sakinlərinin birgə səyləri nəticəsində evdəki əşyaların qalan hissəsinin, o cümlədən qonşu tikililərin yanmasının qarşısı alınıb.
İlkin versiya kimi yanğına elektrik xəttinin qısaqapanmasının səbəb olduğu bildirilir
Reklam
LƏNKƏRANDA İNTİHAR HADİSƏSİ
Lənkəran şəhərində intihar hadisəsi baş verib.
QUBANIN İSPİK KƏND ORTA MƏKTƏBİ DƏRS İLİNƏ HAZIR DEYİL
Yeni dərs ilinin başlamasına az qalsa da Neman Dadaşov adına Quba rayonu İspik kənd orta məktəbi yeni dərs ilinə heç cür hazır deyil.