06/09,12:18 - YARDIMLIDA DƏHŞƏTLİ QƏTL HADİSƏSİ
03/09,18:07 - MÜSAVAT PARTİYASI NAXÇIVANIN ALİ MƏCLİSİNƏ SEÇKİLƏ...
03/09,18:04 - LƏNKƏRANDAKI ATIŞMANIN TƏFƏRRÜATLARI BARƏDƏ YENİ ...
03/09,18:01 - GƏNCƏDƏ NARKOMANİYAYA QARŞI MÜBARİZƏ İLƏ BAĞLI TƏT...
BANKOMATLARDAN NƏĞD PUL ÇIXARTMADAN DA ƏMƏLİYYATLAR APARMAQ OLAR
19/03/2010 , 11:06
Hazırda ölkə ərazisində əksər idarə və təşkilatlar, maaşları və sosial ödənişləri plastik bank kartları vasitəsi ilə ödəyir. Eyni gündə bir neçə iri təşkilatın işçilərinə maaş ödəməsi isə Gəncə sakinlərini saatlarla bankomatların qarşısında dayanmağa məcbur edir. Maraqlıdır ki, bu növbələrə səbəb nədir?
Ölkədəki iri kommersiya banklarının bir çoxunda hesab edirlər ki, əslində bankomatların sayı az deyil. Bankomatlar qarşısındakı növbələrin yaranmasına səbəb əksər müştərilərin ancaq ATM-lərdən pullarını nəğd çıxartma istəyidir. Azərbaycanda bank müştərilərin əksəriyyəti pul vəsaitlərini hesablarına köçürülən gün nəğdə çevirirlər. Həm də eyni gündə hamısını.
Statistikaya əsasən plastik kart istifadəçiləri bankomatdan daha çox nəğd pulları çıxartmaq üçün istifadə edirlər. Amma bankomatların qeyri-nəğd hesablaşmalar vasitəsi ilə təqdim etdiyi bir neçə xidmətlər də var. Misal üçün bankomatlardan pulu nəğd çıxartmadan ödənişlər və əməliyyatlar etmək olar.
“Azercell”in abunəçiləri həm SimSim həm də fakturalı xətt, “Azerfon”un bütün abunəçiləri o cümlədən “Bakcell”in aylıq abunə xətt istifadəçiləri ATM-lərdə hesablarını artıra bilərlər. Həmçinin “Aztelekom” şəbəkəsinə daxil olan stantionar telefonların həm aylıq abunə haqqını həm də danışıq borcunu bir başa nəğd pul çıxarmaqdan bankomatlarda ödəmək olar. Hətta fiksal sənəd kimi bankomat müştəriyə çek də təqdim edir. Bundan başqa sığorta haqqı, internet haqqı ödənişləri də bankomatlarda etmək olar. Bu xidmətlər arasında isə ən çox yayılan kart transfer xidmətidir. Bu xidmət vasitəsi ilə plastik kartdan digər plastik karta həm ölkə həm də beynəlxalq istiqamətlərdə pul köçürməsi etmək olar. Bu xidmətlərdən istifadənin geniş yayılması bankomatların qarşısındakı növbələri nisbətən azalda bilər. Çünki bu əməliyyatları yalnız kartın məxsus olduğu bankın ATM-lərində deyil respublika üzrə bütün bankomatlarda həyata keçirmək olar. Burda qeyd etmək lazımdır ki, bir çox şirkətlər və dövlət idarələri ödənişləri hazırda iki bank – “Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı” vasitəsi ilə edir. Ona görə də ən çox növbələr bu bankomatların qarşısında olur. Ekspertlər hesab edir ki, problemin həlli yollar ondan ibarətdir ki, birinci növbədə idarə, şirkətlər ödənişləri müxtəlif kommersiya bankları vasitəsi ilə həyata keçirməli və banklar müştərilərində nəğdsiz hesablaşma vərdişlərinin yaranması üçün kampaniyalara başlamalıdırlar.
Mərkəzi Bankın mətbuat xidmətindən verilən məlumata görə ötən il Azərbaycanda plastik kartlarla 40 milyondan çox əməliyyat aparılıb. Əməliyyatlar üzrə ümumi dövriyyə 4,8 milyard manatı keçib. Amma əməliyyatların əksəriyyəti bankomatlardan pul çıxarılması ilə müşahidə olunub. Maraqlıdır ki, ötən ilin 9 ayında ticarət obyektlərində ödənişlərin cəmi 3 faizi pos-terminallardan istifadə etməklə həyata keçirilib. Plastik kartlarla əməliyyatların məbləği isə ümumi dövriyyənin 6,4 faizini təşkil edib. İndi ölkədə 1708 ədəd bankomat və 8657 pos-terminal var.
Reklam
LƏNKƏRANDA İNTİHAR HADİSƏSİ
Lənkəran şəhərində intihar hadisəsi baş verib.
QUBANIN İSPİK KƏND ORTA MƏKTƏBİ DƏRS İLİNƏ HAZIR DEYİL
Yeni dərs ilinin başlamasına az qalsa da Neman Dadaşov adına Quba rayonu İspik kənd orta məktəbi yeni dərs ilinə heç cür hazır deyil.