06/09,12:18 - YARDIMLIDA DƏHŞƏTLİ QƏTL HADİSƏSİ
03/09,18:07 - MÜSAVAT PARTİYASI NAXÇIVANIN ALİ MƏCLİSİNƏ SEÇKİLƏ...
03/09,18:04 - LƏNKƏRANDAKI ATIŞMANIN TƏFƏRRÜATLARI BARƏDƏ YENİ ...
03/09,18:01 - GƏNCƏDƏ NARKOMANİYAYA QARŞI MÜBARİZƏ İLƏ BAĞLI TƏT...
Müəllif yeni tərtib etdiyi dili –“vollanco” (“dünya dili”) adlandırıb
16/03/2010 , 17:31
Qubalı müəllim süni dil icad edib
Qubada Müəllimlər İnustutunda işləyən Dil Ədəbiyyat müəllimi Niyaməddin Kəbirov özü dil icad edib
Qubada yaşayan dilçi müəllim Niyaməddin Kəbirov yeni süni dil tərtib edib. O bildirib ki, hələ XIX əsrdə polşalı həkim Ludvid Zamenqof latın, ingilis, alman və fransız dillərindən ibarət “esperanto” süni dilini hazırlamışdı.
Lakin N.Kəbirovun ərsəyə gətirdiyi yeni beynəlxalq dildə “esperanto” ya daxil edilən dörd dildən əlavə Koreya, Hind, Rus, Yapon, Çin, Azərbaycan, bir sözlə dünyada yaşayan 6 minədək xalqın və etnik qrupun dilindəki sözlərdən istifadə olunub. Bundan əlavə isə etniq qrupların dillərində də istifadə olunub. Əsasən Qubanın Buduq, Xınalıq, Ləzgi və digər kəndlərin dillərinin sözlərindən də oxşarlığ olduğunu bildirir.
“Vollanco” əlifbası latın və kiril qrafikalı 26 hərfdən ibarətdir. Süni dilin qrammatikası isə müxtəlif dillərin sintezi əsasında formalaşdırılıb. 10 xarici dil bilən 100-ə yaxın dil haqqında isə ümumi məlumatı olan N.Kəbirov süni dil tərtib etməyə çöxdan maraq göstərdiyini deyib.
Onun fikrincə “esperanto” ya alternativ olan “Vollanco” daha mükəmməldir. Müəllif, hətta Buduq dilindən də istifadə etdiyini deyərək yeni beynəlxalq dilin dünya xalqları tərəfindən maraqla qarşılacağına əminliyini bildirib. O bu dilin beynəlxalq tədbirlərdə ünsiyyət vasitəsi kimi istifadəsini təklif edir. Onun sözlərinə görə, “vollanco” artıq Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnustutunda müzakirə olunub. Müəllif, həmçinin layihəni beynəlxalq təşkilatlara da təqdim etmək niyyətində olduğunu deyib.
Bundan əlavə isə Vollanco dilində tərcümə olaraq Xəzər xəbərin vaxtını bildirdi.
Onu da qeyd edək ki, “Vollanco” dilinin əlifbası 26 latın hərfidən (a, e, b, p, v, f, i, y, d, t, z, s, g, c, y, y, w, o, u, q, k, h, x, l, m, n, r ) ibarətdir. Esperantodan fərqli olaraq, ondan heç bir şərti işarədən istifadə olunmur. Indiyə qədər layihə əsasında yüzlərcə söz və ya şəkilçi tərtib olunub.
34 yaşlı Niyaməddin Kəbirov “Vollanco” nu təkminləşdirməkdə davam edir.
Emin Kərimov
Reklam
LƏNKƏRANDA İNTİHAR HADİSƏSİ
Lənkəran şəhərində intihar hadisəsi baş verib.
QUBANIN İSPİK KƏND ORTA MƏKTƏBİ DƏRS İLİNƏ HAZIR DEYİL
Yeni dərs ilinin başlamasına az qalsa da Neman Dadaşov adına Quba rayonu İspik kənd orta məktəbi yeni dərs ilinə heç cür hazır deyil.