06/09,12:18 - YARDIMLIDA DƏHŞƏTLİ QƏTL HADİSƏSİ
03/09,18:07 - MÜSAVAT PARTİYASI NAXÇIVANIN ALİ MƏCLİSİNƏ SEÇKİLƏ...
03/09,18:04 - LƏNKƏRANDAKI ATIŞMANIN TƏFƏRRÜATLARI BARƏDƏ YENİ ...
03/09,18:01 - GƏNCƏDƏ NARKOMANİYAYA QARŞI MÜBARİZƏ İLƏ BAĞLI TƏT...
Gəncənin sabit telefon şəbəkəsi online-ödəmə rejimində də çalışacaq
16/03/2010 , 16:30
Yaxın günlərdə Gəncədə stansionar telefon abunəçiləri telefon haqqı və danışıq borclarını internet vasitəsi ilə online rejimdə ödəyə biləcəklər. Artıq xidməti texniki tərəfdən həyata keçirəcək şirkətlə Gəncə Telekommunikasiya İdarəsi arasında müqavilə şərtləri razılaşdırılmaq üzrədir.
Gəncə Telekommunikasiya İdarəsinin baş mühəndisi İsrail Məmmədovun verdiyi məlumata görə Golden Pay şirkəti tərəfindən təklif olunan xidmətin texniki tərəfləri araşdırılır. Abunəçilər bu xidmətdən istifadə etdikləri üçün heç bir əlavə pul ödəməyəcəklər. Online ödəmə abonentlər üçün tamamilə pulsuzdur. Rabitə və İnformasiya texnologiyaları nazirliyinin Məlumat Hesablama Mərkəzi Gəncənin telekommunikasiya şəbəkəsinin bütün məlumatlarını sistemə daxil edəcək.
Online rejimdə telefon pulunu ödəmək üçün tələb olunan plastik kart və internet xəttidir. Məlumat üçün qeyd edək ki, ödəmələri hazırda əhalinin əksər təbəqəsində istifadə olunan Visa Electron kartları vasitəsi ilə də etmək olar. Mərkəzi Bankın məlumatına görə hazırda ölkədə 4 milyondan artıq aktiv plasik kart var. Bura maaş, sosial ödəniş və təqaüd kartlarını da aid etmək olar. Xidmət istifadəyə verildikdən sonra abonentlərin ödəniş etmək üçün poçt filialları və abunə şöbələrinə getmələrinə ehtiyac qalmayaq. Rabitə xidmətlərinə görə ödənişləri istəyə uyğun olaraq işdən, evdən və ya internet xətti olan hər yerdən həyata keçirmək olacaq. Ödəniş edildikdən sonra sistem avtomatik olaraq bağlı nömrələri açır. Qeyd edək ki, hazırda paytaxt Bakıda abonentləri rabitə xidmətlərinə görə ödənişləri online rejimə də həyata keçirə bilirlər.
Reklam
LƏNKƏRANDA İNTİHAR HADİSƏSİ
Lənkəran şəhərində intihar hadisəsi baş verib.
QUBANIN İSPİK KƏND ORTA MƏKTƏBİ DƏRS İLİNƏ HAZIR DEYİL
Yeni dərs ilinin başlamasına az qalsa da Neman Dadaşov adına Quba rayonu İspik kənd orta məktəbi yeni dərs ilinə heç cür hazır deyil.