Ana SəhifəLayihə haqqındaArxivimiz

son yenilənmə 06/09/2010 , 12:21


2009-cu ildə Qubada Meşə təsərrüfatına küllü miqdarda ziyan vurulub

2009-cu ildə Qubada Meşə təsərrüfatına küllü miqdarda ziyan vurulub25/02/2010 , 16:18

Bu barədə Quba MMBM-nin baş meşəbəyisi Ramin Mürsəlov məlumat verib. Onun sözlərinə gorə qeyd olunan dovrdə 68 akt və protokol tərtib olunub. Meşə sahələrini qanunsuz qırdıqlarına görə barələrində akt və protokol tərtib olunmuş 24 nəfər cərimələri könüllü şəkildə ödəyib. 4 iş hüqüq mühafizə orqanlarına, 40 iş isə məhkəməyə göndərilib.

Həmçinin 2009-cu ildə 120 hektar meşə massivində 230 000 ting əkilib. Bununla yanaşı geridə qalan ildə 1 ha fidanlıq, 1 ha böyütmə sahəsi yaradılıb

MMBM-nin baş meşəbəyisi Ramin Mürsəlov deyir ki, meşələri qanunsuz qıran şəxslər barəsində məhkəmə qərar çıxarsa da məhkəmə icraçıları qərarın icrasına biganə yanaşır. Bu isə qanunu pozanları novbəti dəfə eyni əməli torətməyə həvəsləndirir.

Rauf Azəri

LƏNKƏRANDA İNTİHAR HADİSƏSİ

Lənkəran şəhərində intihar hadisəsi baş verib.

QUBANIN İSPİK KƏND ORTA MƏKTƏBİ DƏRS İLİNƏ HAZIR DEYİL

Yeni dərs ilinin başlamasına az qalsa da Neman Dadaşov adına Quba rayonu İspik kənd orta məktəbi yeni dərs ilinə heç cür hazır deyil.